Türkiyənin “Qalatasaray” klubunun yeni idman direktoru məlum olub. Matc.az xəbər verir ki, İstanbul təmsilçisində bu vəzifəyə Mario Branko təyin olunub.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Təyinatın yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.
 
46 yaşlı mütəxəssis son olaraq Portuqaliyanın “Famalikan” klubunda beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest