Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
“Adana Dəmirspor” – “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Fatih Karagümrük” isə “Rizəspor”u məğlub yola salıb.
 
Lider “Trabzonspor” “Sivasspor”la üz-üzə gəlib. Trabzon təmsilçisi səfərdən 1 xalla dönüb. “Fənərbaxça” da səfərdə “Antalyaspor”u sınağa çəkib. İstanbul təmsilçisi yeni baş məşqçisi İsmail Kartalın rəhbərliyi altındakı ilk matçından 1 xalla ayrılıb.
 
Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.
 
Türkiyə Super Liqası
21-ci tur
14 yanvar
 
Beşiktaş – Qaziantep 1:0
Qol: Batşuayi, 67.
 
Yeni Malatyaspor – Göztəpə 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.
 
15 yanvar
 
Adana Dəmirspor – Kayserispor 1:1
Qol: Assombalonqa, 26 – K.Mane, 87.
 
Sivasspor – Trabzonspor 1:1
Qol: L.Ceyms, 20 – A.Ömür, 24.
 
Fatih Karagümrük – Rizəspor 2:0
Qol: A.Peşiç, 31. S.Dursun, 75.
 
Antalyaspor – Fənərbaxça 1:1
Qol: D.Sinik, 81 – Sosa, 72.
 
16 yanvar
 
14:30. Altay – Alanyaspor
17:00. Girəsunspor – Kasımpaşa
20:00. Hatayspor – Qalatasaray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest