Futbol üzrə Fransa çempionatında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Nitsa" doğma meydanda "Nant"la qarşılaşıb. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Lider PSJ bu turda "Brest"i sınağa çəkəcək. "Renn" "Bordo" ilə, "Monako" isə "Klermon"la üz-üzə gələcək.
Konfrans Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olan Marsel "Olimpik"i doğma meydanda "Lill"in müqavimətini qırmağa çalışacaq.
Fransa Liqa 1
21-ci tur
14 yanvar
Nitsa – Nant 2:1
Qol: Dolberq, 21. Turam, 56 – Jirotto, 45.
15 yanvar
20:00. Sent-Etyen – Lans
00:00. PSJ – Brest
16 yanvar
16:00. Renn – Bordo
18:00. Loryan – Anje
18:00. Monako – Klermon
18:00. Reyms – Mets
18:00. Strasburq – Monpelye
20:05. Trua – Olimpik (Lion)
23:45. Olimpik (Marsel) – Lill