Futbol üzrə Kipr çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Anortosis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Etnikos" 14 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.