2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA çempionlar Liqasının son qalibi olan "çelsi" (İngiltərə) və Libertadores Kubokunun son sahibi "Palmeyras" (Braziliya) mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.
 
Birinci mərhələ
 
1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)
 
İkinci mərhələ
 
2. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - "Əl-Cəzirə"/"Oklend Siti"
3. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)
 
Yarımfinal
 
4. "Palmeyras" (Braziliya) - 3-cü matçın qalibi
5. 2-ci matçın qalibi - "çelsi" (İngiltərə)
 
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq klublararası dünya çempionatına gələn il fevralın 3-də start veriləcək. Turnirin final görüşü, eləcə də 3-cü yer uğrunda oyun 12 fevralda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest