"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisində növbəti oyuna çıxıb. Matc.az xəbər verir ki, 35 yaşlı qolkiper, Dç-2022-nin seçmə mərhələsində Şotlandiya ilə matçın iştirakçısı olub.
Moldovada keçirilən qarşılaşma Şotlandiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandasının start heyətində meydana çıxan Namaşko 90 dəqiqə meydanda olub.