"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın Premyer Liqanın 9-cu turunun "Liverpul"la matçında aldığı qırmızı vərəqənin cəzası məlum olub.
 
Matc.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) fransalı yarımmüdafiəçiyə birbaşa aldığı "qırmızı"ya görə 3 oyunluq cəza verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Mançester Yunayted" – "Liverpul" matçı qonaqların 5:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest