"İnter"in dayaq yarımmüdafiəçisi Aleksandar Stankoviç "Brügge"yə keçir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

Bildirilir ki, 19 yaşlı serblə 2029-cu ilin yayına qədər müqavilə imzalanacaq. Transferin məbləği 8-10 milyon avro təşkil edəcək. "İnter" oyunçunu geri almaq variantını da müqaviləyə daxil etmək istəyir.

"Brügge"də Stankoviç "Milan"a keçməyə yaxın olan Ardon Yaşarini əvəz edə bilər.

Qeyd edək ki, Stankoviç "İnter" akademiyasının yetirməsidir və 2004-2014-cü illərdə "neradzurri"də çıxış edən klubun əfsanəsi Deyan Stankoviçin oğludur. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında İsveçrənin "Luzern" klubunda keçirib. O, bütün yarışlarda 40 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest