Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
 
Qeydə alınan nəticələrdən sonra "Leyptsiq", "Hoffenhaym", "Münhen 1860", "Herta", "Borussiya" (Dortmund), "Maynts" və "Frayburq" komandaları 1/8 finala vəsiqəni təmin edib.
 
Sonuncu oyun günündə "Bayern"in Mönhenqladbax "Borussiya"sına böyük hesabla uduzması gözlənilməz olub. Beləcə, Münhen təmsilçisi kubokla vidalaşıb. Mönhenqladbax "Borussiya"sı ilə yanaşı, "Karlsrue", "Bohum", "Union Berlin", "Sankt Pauli", "Hannover", "Hanza" (Rostok) və "Köln" komandaları 1/8 finalda oynamaq hüququ qazanıb.
 
Almaniya kuboku
1/16 final
26 oktyabr
 
Babelsberq – Leyptsiq 0:1
Hoffenhaym – Holştayn 5:1
Münhen 1860 – Şalke 1:0
Proyssen Münster – Herta 1:3
Borussiya (Dortmund) – İnqolştadt 2:0
Maynts – Arminiya 3:2
Nürnberq – Hamburq 1:1 (penaltilər 2:4)
Osnabryuk – Frayburq – 2:2 (penaltilər 2:3)
 
27 oktyabr
 
Bayer – Karlsrue 1:2
Bohum – Auqsburq 2:2 (penaltilər 5:4)
Manheym – Union Berlin 1:3
Dinamo (Drezden) – Sankt Pauli 2:3
Borussiya (Mönhenqladbax) – Bayern 5:0
Hannover – Fortuna 3:0
Regensburq – Hanza (Rostok) 3:3 (penaltilər 2:4)
Ştutqart – Köln 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest