İtaliyanın “Salernitana” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin çalışdırıcısı Fabrisio Kastori istefaya göndərilib.
 
Klub rəhbərliyi onu Stefano Kolantuono ilə əvəzləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stefano ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
“Salernitana” A Seriyasında bu mövsüm keçirdiyi 8 oyundan sonra 4 xalla sonuncu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest