Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Apollon”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
“Omoniya” 6 turdan sonra 7 xalla 12 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
 
“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest