Madrid "Real"ı ilə yollarını ayıran Rafael Varan İngiltərənin "Mançester Yunayted" klubu ilə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Fransız stopperlə 4 illik müqavilə imzalanıb. "Qırmızı şeytanlar" bu transferə görə Madrid klubuna 40 milyon avro ödəyib. Müdafiəçi yeni komandasında "19" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Varan 2011-ci ildən "Real"da çıxış edirdi. O, bu komandanın heyətində 360 matça çıxıb. 28 yaşlı futbolçu daha öncə yetirməsi olduğu Fransanın "Lans" klubunda forma geyinib. Fransa millisində 79 matça çıxan mərkəz müdafiəçisi, 5 qol da vurub.