“Liverpul”un sabiq futbolçusu Mamadu Sako karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Monpelye” klubuna keçib.
 
Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sako ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
PSJ-nin yetirməsi olan Sako 2013-cü ildə “Liverpul”a keçib və 2017-ci ilə qədər Mersisayd komandasında top qovub. Son klubu “Kristal Pelas” olan müdafiəçi Fransa yığmasında 29 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest