Futbol üzrə Türkiyə millisinin Aç-2020-də Uleslə Bakıdakı matçını izləyənlər arasında Rəcəb Tayyib Ərdoğan da olacaq. Matc.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.
 
O, görüşü Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birgə izləmək üçün Bakıya gələcəyini deyib:
 
"Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm".
 
Qeyd edək ki, Türkiyə - Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest