İngiltərənin "Kristal Pelas" klubu futbolçusu Kristian Benteke ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Benteke 2016-cı ilin yayından "Kristal Pelas"da çıxış edir.