03 İyun 2021, 11:58
AVRO-2024
İngiltərə milli komandası ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, yığmanın müdafiəçisi Trent Aleksander-Arnold zədələnib.
23 yaşlı müdafiəçi Avstriya yığmasına qarşı keçirilən yoxlama oyununun 88-ci dəqiqəsində zədələnib. Trentin son durumu tibbi müayinədən sonra bilinəcək.
İngiltərə yığması Avstriyanı Bukayo Sakanın vurduğu qolla məğlub edib – 1:0.