"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda hazırlığın 3-cü günündə meydana çıxıb çıxıb.
Futbolçular səhər məşqində laktat testindən keçiblər. Bu testin əsas mahiyyəti oyunçuların fiziki durumunu yoxlamaqdan ibarətdi.
Qeyd edək ki, yanvarın 27-dək Antalyada hazırlıq keçəcək "Qarabağ" bu müddətdə 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblər "Botoşani" (Rumıniya - 12 yanvar), "Paxtakor" (özbəkistan - 16 yanvar), "Bohemians" (çexiya - 19 yanvar), "Pyast" (Polşa - 23 yanvar) və Donetsk "Şaxtyor"u (Ukrayna - 26 yanvar) olacaq.