Futbol üzrə İspaniya La Liqasında 35-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub. 
 
Turun qapanış matçında “Betis” doğma meydanda “Qranada” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.
 
İspaniya La Liqası
25-ci tur
7 may
 
Real Sosyedad – Elçe 2:0
Qol: Elustondo, 72. Oyarzabal, 90+2.
 
8 may
 
Alaves – Levante 2:2
Qol: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.
 
Barselona – Atletiko 0:0
 
Kadis – Hueska 2:1
Qol: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.
 
Atletik – Osasuna 2:2
Qol: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.
 
9 may
 
Xetafe – Eybar 0:1
Qol: Resio, 89-pen.
 
Valensiya – Valyadolid 3:0
Qol: M.Qomes, 45+1; 48. Korreya, 89.
 
Vilyarreal – Selta 2:4
Qol: M.Qomes, 25. Moreno, 87 – Mina, 19; 34. B.Mendes, 45+3. Solari, 57.
 
Real – Sevilya 2:2
Qol: Asensio, 67. Hazard, 90+4 – Fernando, 22. Rakitiç, 78.
 
10 may
 
Betis – Qranada 2:1
Qol: B.İqlesias, 39; 87 – Maçis, 66. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest