İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin oyunları davam edir. Matç.az saytının məlumatına görə, 4 Premyer Liqa təmsilçisi də növbəti oyununu keçirib.
Onlardan ikisi növbəti mərhələyə adlamağı bacarıbsa, iki komanda mübarizəni erkən dayandırıb.
"Oldhem"ə 1:2 hesabı ilə məğlub olan "Fulhem" yarışla vidalaşıb.
"Mançester Siti" öz meydanında aşağı liqa təmsilçisi "Rotherham"la qarşılaşıb. "Şəhərlilər" rəqibini darmadağın edib – 7:0.
"Uotford" "Uokinq"I 2:0 hesabı ilə yenibsə, bir digər uğursuz "Lester" "Nyuport" qarşısında aciz qalaraq kubokdan əlini üzüb – 1:2.