PSJ-nin futbolçusu Neymar çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti"yə məğlub olduqları ilk oyundan (1:2) sonra fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, braziliyalı hücumçu, "instagram" hesabında matçla bağlı bunları qeyd edib:
 
"Döyüşü uduzduq, müharibəni yox. özümüzə inanıram. Cavab oyununda daha yaxşı olacağıq. İrəli, Paris!"
 
"Mançester Siti" – PSJ matçı mayın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest