İspaniyanın Bilbao və İrlandiyanın Dublin şəhərlərinin Avro-2020-yə ev sahibliyindən məhrum edilməsi dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Zbignev Bonek rəsmi tvitter hesabında məlumat yayıb.
 
Polşa millisinin oyunları Bilbao və Dublində keçirilməli idi. Bonek bu şəhərlərin azarkeş təminatı vermədiyi üçün oyunlarına Bilbaonun yerinə İspaniyanın Sevilya, Dublinin əvəzinə isə Rusiyanın Sankt-Peterburq şəhərinin ev sahibliyi edəcəyini yazıb.
 
Avopa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısı UEFA-nın bugünkü iclasında açıqlanacaq.
 
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest