AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Könüllü təşkilatları arasında "Aç-2020-nin Könüllü Kuboku" turniri keçiriləcək.
 
Matc.az xəbər verir ki, "Aç-2020-nin Könüllülər Proqramı" çərçivəsində təşkil olunacaq turnirdə Azərbaycan Könüllü təşkilatlarının 16 komandası mübarizə aparacaq.
 
20 aprel tarixində start veriləcək yarışın Bakı Olimpiya Stadionunun Mətbuat konfransı zalında püşkatma mərasimi təşkil olunub. Püşkatmada Aç-2020-nin rəsmi səfiri Vəli Qasımov, Aç-2020-nin Könüllülərinin səfiri Taleh Yüzbəyov və AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirak edib.
 
Qeyd edək ki, turnirin tərəfdaşları Azərbaycan Gənclər fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest