Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli iki oyuna təyinat alıb.
Matc.az xəbər verir ki, o, futzal üzrə Aç-2022-nin ilkin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – İsrail və Sloveniya – Latviya oyunlarının hakim-inspektoru olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belarus - İsrail matçı aprelin 6-da keçiriləcək. Sloveniya - Latviya görüşü isə ayın 12-də təşkil olunacaq.