"Səbail"in qapıçısı Nikolas Hagen Qvatemala milli komandasına dəvət olunub.
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Hagenin martın 14-dən 30-dək Qvatemala milli komandasının təlim-məşq toplanışında iştirak edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Qvatemala yığmasını Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Kuba ilə ev, 28-də isə Britaniya Vircin adaları ilə matçlar gözləyir.