"Qarabağ" qış təlim-məşq toplanışına start verib.
 
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqdə yerli futbolçular və əvəzedici heyətin bir neçə üzvü iştirak edib.
 
İsinmə hərəkətlərinin ardından komanda üzvləri taktiki çalışmaları yerinə yetirib. 
 
Komanda koronavirus testindən keçib və testdən keçən bütün futbolçuların testlərinin nəticələri neqativ çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest