Almaniyanın "Kicker" nəşri "Bavariya"nın baş məşqçisi Hans-Diter Fliki mükafatlandırıb.
Matc.az xəbər verir ki, nəşrin sorğusu əsasında, 55 yaşlı mütəxəssis Almaniyada 2020-ci ilin futbol adamı seçilib.
Flik, "Bavariya" ilə 2020-ci ildə Bundesliqanı, Almaniya kubokunu, Almaniya superkubokunu, çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.
ötən il bu mükafata "Liverpul"un çalışdırıcısı Yurgen Klopp layiq görülmüşdü.