İtaliyanın "Sassuolo" klubu hücumçusu Cakomo Raspadori ilə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Raspadori "Sassuolo"nun öz yetirməsidir. O, həm də İtaliyanın gənclərdən ibarət yığmasının formasını geyinir.