"Qarabağ" klubu ciddi itkiylə üzləşib.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade "Neftçi"ylə matçın 23-cü dəqiqəsində zədələnib.
Oyuna davam edə bilməyən Andrade Abdullah Zubirlə əvəzlənib.
Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada "Qarabağ" "Neftçi"ni 5:0 hesabıyla məğlub edir.