"Mançester Siti"nin futbolçusu Qabriel Jezus Braziliya yığmasının heyətindən çıxarılıb.
Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu zədə səbəbindən millinin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya və Peru ilə oyunlarını buraxacaq.
Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qabrielin əvəzinə milliyə "Herta"dan Mateus Kunya çağırılıb.