"çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirib.
Matc.az xəbər verir ki, "zadəganlar" Fransanın "Renn" klubunun qapıçısı Eduard Mendini transfer edib.
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edirdi.