PSJ-nin zədəli qapıçısı Keylor Navasın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 34 yaşlı qolkiper "Leypsiq"ə qarşı yarımfinal görüşünü buraxacaq.
"Atalanta" ilə 1/4 final matçında ayağından zədələnən Navasın avqustun 20-nə qədər meydanlara dönə bilməyəcəyi məlum olub. Baş məşqçi Tomas Tuhelin yarımfinalda ikinci qapıçı Serxio Rikoya şans verməsi gözlənilir.
Qeyd edək ki, sabah Lissabonda keçiriləcək "Leypsiq" – PSJ matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.