Türkiyənin "Sivasspor" klubu baş məşqçisi Rza çalımbayla müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün "Yeni 4 eylül" stadionunda təşkil olunan tədbirdə 57 yaşlı mütəxəssislə bir illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, çalımbay 2010/11, 2011/12 və 2019/20 mövsümündə də "Sivasspor"u çalışdırıb. Komanda son mövsüm onun baş məşqçiliyi altında çempionatı 60 xalla 4-cü pillədə tamamlayıb.