"Real" İspaniya La Liqasının 30-cu turunda "Real Sosyedad"ı məğlub edib - 2:1.
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma madridlilərin çalışdırıcısı Zinəddin Zidan üçün əlamətdar olub.
Belə ki, "Real Sosyedad"la oyundan 3 xalla ayrılan Zidan, "Real"ın tarixində bütün turnirlər də daxil olmaqla ən çox qələbə qazanan ikinci baş məşqçi olub. "Real Sosyedad"la matçdakı qələbə fransız mütəxəssisin "Real"dakı 134-cü qalibiyyəti olub.
"Real"ın tarixində bütün yarışlar daxil olmaqla ən çox qələbə qazanan Migel Munyosdur. Munyos "kral klubu" ilə 357 qələbə qazanıb. üçüncü sırada isə 133 qələbə ilə Visente del Boskedir.