Avropanın aparıcı çempionatlarında məğlub olmayan yeganə komanda "Liverpul"dur. Matc.az xəbər verir ki, Premyer Liqanın lideri çempionatda keçirdiyi 26 oyunda 25 qələbə qazanıb və bir heç-heçə edib.
İspaniya La Liqasına başçılıq edən "Real" 24 görüşdə cəmi bir dəfə məğlub olub. Madrid təmsilçisi 15 qələbə qazanıbsa, 8 matçda meydandan "sülh"lə ayrılıb.
Bundesliqa birincisi "Bavariya" cari mövsümdə çempionatda 22 görüşə çıxıb. Münhen təmsilçisi bu oyunların 4-də meydanı xalsız tərk edib. A Seriyasının qalibi "Yuventus" 24 qarşılaşmada 3 məğlubiyyət alıb.
Azərbaycan çempionatının lideri "Qarabağ" isə hələlik "Real"la eyni performansı göstərir. Son ölkə çempionu geridə qalan 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub. Ağdam klubu 16 oyunun 5-dən meydanı bir xalla tərk etsə də, 11 qarşılaşmadan qələbə ilə ayrıla bilib.