19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda II tura start verilib. Matç.az saytı xəbər verir ki, oyunları Gürcüstanda keçirilən qrupda günə İsrail – Lixtenşteyn qarşılaşması ilə start verilib
İlk turda Azərbaycan yığmasını 4:1 hesabı ilə yenən israillilər bu dəfə ciddi müqavimətlə üzləşib. 10-cu dəqiqədə Abada hesabı açsa da, Unterraynerin 55-ci dəqiqədəki qolu tarazlıq yaradıb. İsraillilər yalnız 83-cü dəqiqədə Karzevin fərqlənməsi sayəsində xal itkisindən qaçıb - 2:1.
Qeyd edək ki, günün ikinci matçında Gürcüstan və Azərbaycan milliləri qarşılaşacaq.
1 |
İsrail |
2 |
2 |
0 |
0 |
6-2 |
6 |
2 |
Gürcüstan |
1 |
1 |
0 |
0 |
7-0 |
3 |
3 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
1-4 |
0 |
4 |
Lixtenşteyn |
2 |
0 |
0 |
2 |
1-9 |
0 |