2019-cu ilin ən məhsuldar futbolçuları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilin bombardiri olmağı bacarıb.
Yanvarın 1-dən bəri polşalı forvard 59 oyunda 54 qola imza atmaqla buna nail olub. Onu 58 matçda 50 dəfə fərqlənən "Barselona"nın argentinalı kapitanı Lionel Messi izləyib. İlk "üçlüy"ü PSJ-nin və Fransa millisinin forvardı Kilian Mbappe qapayıb. Gənc forvard 49 görüşdə 44 qola imza atıb.
Qeyd edək ki, 2014-cü ildən "Bavariya"nın formasını geyinən Robert Levandovski münhenlilərlə 5 dəfə Bundesliqanın qalibi olub.