Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov 24 oyunçuya dəvət göndərib.
Dəvətlilər arasında Şəhriyar Əliyev, Tural Axundov, Əfran İsmayılov və Mirabdulla Abbasov da var.
Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Səbail")
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Tural Axundov ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna)
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Əfran İsmayılov ("Sumqayıt"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Mirabdulla Abbasov ("Neftçi"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Ruslan Qurbanov ("Səbail")
Qeyd edək ki, yığmamız noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo ilə qarşılaşacaq.