Misir millisinin yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, yığmanın "sükan"ı Hossam Əl-Badriyə tapşırılıb.
Bu barədə Misir milli komandasının mətbuat xidməti məlumat yayıb. 59 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Əl-Badri son olaraq Misirin "Piramids" klubunu çalışdırıb.