21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız İsveçrə ilə ev oyununu Sumqayıtda keçirəcək.
Belə ki, gələn ay baş tutacaq oyun "Kapital Bank Arena"da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – İsveçrə oyunu oktyabrın 15-də olacaq.