Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Kosovo yığmaları ilə qarşılaşacaq İngiltərə millisi ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yığmanın müdafiəçisi Aaron Van-Bissaka zədələnib.
Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bissaka millinin toplanışını tərk edib.
İngiltərə millisinin heyətində sağ cinah müdafiəçisi mövqeyində Kiran Trippyer və Trent Aleksander-Arnold olduğu üçün Bissakanın əvəzinə yığmaya heç kim çağırılmayıb.
İngiltərə millisi sentyabrın 7-də Bolqarıstan, 10-da isə Kosovo ilə qarşılaşacaq.