İspaniyanın "Real" klubu futbolçusu Lukas Silva ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "As" nəşri məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.
2015-ci ildə "Kruzeyro"dan transfer edilən Silva, "kral klubu" ilə cəmi 8 oyunda iştirak edib. Silvanın "Real"la 2020-ci ilin yayına qədər müqaviləsi var idi.