Futbol üzrə İsveç çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Hammarbü" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
"Kalmar" hazırda 14 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.