11 Noyabr 2026, 12:55
FUTBOL
“Mançester Yunayted” Maurisio Poçettinonu baş məşqçi postuna gətirmək üçün danışıqları intensivləşdirib. Matc.az saytının “The Athletic” nəşrinə istinadən məlumatına görə, İngiltərə klubu argentinalı mütəxəssisin nümayəndələri ilə mümkün müqavilənin şərtlərini müzakirə edib. Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.
Hazırda ABŞ millisinə rəhbərlik edən Poçettino, Maykl Kerrik vəzifəsindən ayrılacağı təqdirdə, “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
Məlumata görə, “Yunayted” hələ ABŞ Futbol Federasiyası ilə əlaqə saxlamayıb. Lakin klub Poçettino ilə müqavilə imzalamaq qərarına gəlsə, onun hazırkı müqaviləsinə görə 10 milyon dollar təzminat ödəməli olacaq.
Bundan başqa, argentinalı mütəxəssisin ABŞ millisindəki məşqçilər korpusunun da onunla birlikdə Mançesterə gələcəyi gözlənilir. Bu isə klub üçün əlavə təzminat xərcləri yarada bilər.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 oyundan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb.













