"Əlbəttə, yığmada oynamaq istərdim və özümü hazır sayıram. Çağırmasa belə, qərarına hörmətlə yanaşacağam. Demək, bir bildiyi var"

"çox sevincliyik. Turnir cədvəlindən hamının xəbəri var. Bu baxımdan, vacib qələbə qazandıq. Komanda şəklində çox yaxşı oynadığımızı düşünürəm".

Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 23 yaşlı hücumçu bu qələbənin gözlənilməz olmadığını bildirib: "Matça yaxşı hazırlaşmışdıq. Məşqlərimiz yüksək səviyyədə keçirdi. Düzdür, "Qəbələ"yə 1:3 hesablı məğlubiyyətdən sonra müəyyən çətinliklər var idi. Amma psixoloji cəhətdən toparlanaraq, yaxşı oyun sərgilədik. "Qarabağ"ın adı və çempionluq uğrunda mübarizə aparması bizi bu matça motivasiya etdi. Hazırda ən yaxın rəqibimizdən 6 xal öndəyik. "Qarabağ"ın ehtiyatda bir oyunu olsa da".

İstedadlı forvard onu da vurğulayıb ki, bu qələbədən sonra çempionluq barədə danışmaq tezdir. Lakin o, böyük addım atdıqlarını əlavə edib: "Hələ irəlidə çox oyun var. Biz də, rəqiblər də xal itirə bilərlər. Hər şey mümkündür. Bu barədə danışmaq üçün tezdir".

Abbasov oktyabrın 31-də "Qarabağ"ın təxirə salınmış oyununda "Keşlə"yə azarkeşlik edəcəklərini də diqqətə çatdırıb.  

Abbasovun fikrincə, vurduğu qol eyni zamanda Azərbaycan millisinin baş məşqçisi olan Qurban Qurbanova onu yığmaya çağırmaması ilə əlaqədar mesaj sayılmamalıdır: "Mən baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Milliyə çağırsa, əlimdən gələni edəcəyəm. Əlbəttə, yığmada oynamaq istərdim və özümü hazır sayıram. çağırmasa belə, qərarına hörmətlə yanaşacağam. Demək, bir bildiyi var".

Qeyd edək ki, Mirabdulla Abbasov "Neftçi"nin 25-ci dəqiqədə vurduğu ikinci qolun müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest