İsveçrə millisinin və “Sanderlend”in yarımmüdafiəçisi Qranit Caka zədə səbəbindən millinin qarşıdakı oyunlarında iştirak etməyəcək. Matc.az xəbər verir ki, İsveçrə Futbol İttifaqının məlumatına görə, 34 yaşlı futbolçu baldır nahiyəsindən zədələnib.

Caka Millətlər Liqasının Sloveniya və Şotlandiya ilə oyunlarında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi “Sanderlend”in əsas oyunçularından biridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest