30 Oktyabr 2026, 10:18
FUTBOL
“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycana ilk gəlişi ilə bağlı maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu podkastda bildirib ki, “Sumqayıt”ın hazırkı rəhbəri Riad Rəfiyev ilk dəfə ona zəng edəndə bunun zarafat olduğunu düşünüb.
İsayev qeyd edib ki, Rəfiyev ikinci dəfə əlaqə saxlayaraq onu Azərbaycanda gözlədiklərini bildirib.













