"Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq". Matç.az saytı xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu.

Topaz Premyer Liqasının IX turunda öz meydanında "Qarabağ" üzərində qələbə qazanan (3:1) paytaxt təmsilçisi liderliyini möhkəmlədib.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin qələbə şərhi belə olub: "Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin".

- "Neftçi"nin bu mövsüm azarkeşləri bu qədər sevindirən qələbəsi olub. Bu, avrokubok görüşündə olmuşdu. Həmin görüşdən sonra komanda eyforiyaya qapılmışdı. Yenidən eyni halın təkrarlanmaması üçün komanda dərs alıbmı?

- "Uypeşt"lə görüşü unutmuşuq, iki ay əvvəlki matça dönməyimiz absurd olar. Avrokubokda iki görüş olmuşdu. çempionatda isə tam fərqli mübarizədi. Futbolda hər cür nəticə olur. Əsas odu ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundu, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odu ki, bu yolda davam edək.

- 3 mərkəz müdafiəçisi ilə oynamağınız rəqiblə əlaqədar idi, yoxsa yeni sistemdi?

- Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq.

- Nəhayət ki, Qurban Qurbanov üzərində qələbə qazandınız. Bu qalibiyyətin şəxsən sizin üçün nə dərəcədə önəmi var?

- Bu, təkcə mənim yox, komandanın qələbəsidi. Əsas odu ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. "Qarabağ"la çox qarşılaşmışıq. Avrokubokda da onlara rəqib olmuşam. Əsas odu ki, qələbə qazandıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest