AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasının iki oyunu FIFA+ TV tərəfindən "DAZN" yayım platformasında canlı yayımlanacaq.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, I tur çərçivəsində oktyabrın 17-də keçiriləcək "Liman" – "Sabah" (saat 10:00) və "İmişli" – "Neftçi" (saat 16:00) görüşləri platformada canlı təqdim olunacaq.

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlardan seçilmiş matçları və video məzmunu əhatə edir. Proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və UEFA Millətlər Liqasının seçmə görüşləri, aşağı yaş qrupları üzrə liqalar, Qadınlar Super Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video materiallar daxildir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest