Futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində oktyabrın 16-da keçiriləcək Çexiya - Azərbaycan oyununu idarə edəcək hakim briqadası müəyyənləşib.

Futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində oktyabrın 16-da keçiriləcək Çexiya - Azərbaycan oyununu idarə edəcək hakim briqadası müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilir ki, Fridek-Mistek şəhərindəki "Hala Polarka" arenasında baş tutacaq qarşılaşmanı Böyük Britaniya təmsilçiləri idarə edəcəklər. Görüşün baş hakimi ingiltərəli Piter Nörs olacaq. Ona uelsli Valentin Kiuplea və şotlandiyalı Dunkan Maklulliç kömək edəcəklər.

Qeyd edək ki, Çexiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest