"Bu anı xəyal edirdim və indi arzuma çatmışam".

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Çexiyanın "Slaviya" klubu ilə matçda ən yaxşı oyunçu seçilmək "Sabah"ın futbolçusu Coy-Lens Mikels üçün çox özəldir.

Matc.az xəbər verir ki, o, mükafatın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

"İlk növbədə komanda yoldaşlarıma təşəkkür edirəm. Matçın ən yaxşı oyunçusu seçilmək mənim üçün çox özəldir. Hələ də buna inana bilmirəm. Bu anı xəyal edirdim və indi arzuma çatmışam. Çox sağ olun".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya" görüşü Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest